Ərdoğan: “Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur”

Parlamentin açılışı ilə biz də üzərimizə düşəni edəcəyik. Son qərar qəbul edən orqan Türkiyə Böyük Millət Məclisidir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində İsveçin NATO-ya üzvlük prosesi haqqında danışarkən bildirib.

“Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur. İnanırıq ki, danışıq və diplomatiyaya yer açılsa, anlaşılmazlıqlar aradan qalxacaq”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı söyləyib ki, Türkiyə bu prosesi son 21 ildə dəfələrlə həyata keçirib.

“Biz maneəni keçdik. Bu gün də eyni uğura müvəffəq olmağımıza heç bir maneə yoxdur. Ümid edirəm ki, bu addımların müsbət nəticələrini tezliklə görəcəyik ki, bu da həm ölkəmizin, həm də Aİ-nin marağında olacaq”, – deyə Türkiyə lideri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir