Çinin Heyluntszyan əyalətinin Ciciqar şəhərində gimnaziya binasının beton tavanının çökməsi nəticəsində 11 nəfər həyatını itirib.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 14:56-da baş verib.
Məlumata əsasən, insident tələbə qızlardan ibarət basketbol komandasının məşqi zamanı baş verib. Hadisə yerində 19 nəfərin olduğu, onlardan dördünün qaçmağı bacardığı, 15 nəfərin isə dağıntılar altında qaldığı bildirilib.
Ehtimal olunur ki, binanın tavanı güclü yağışlar səbəbi ilə çöküb. Məlumata əsasən, istintaq zamanı binanın tikintisində qeyri-qanuni olaraq suya qarşı dayanıqsız material perlitdən istifadə edildiyi aşkarlanıb, tikinti şirkətinin məsuliyyət daşıyan nümayəndələri saxlanılıb.
Azinformasiya.az