Rusiya XİN: “Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”

“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”.

 

 Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, dünən gecə Moskvaya dron hücumu olub. Paylaşılan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Bundan başqa, şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

Hücumda ölən və ya yaralananların olmadığı bildirilib.

 

 Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir