Avropa Komissiyasının sabiq rəhbəri Qərbi ABŞ-ın vassalı adlandırıb

Avropa Komissiyasının sabiq rəhbəri, İtaliyanın keçmiş baş naziri Romano Prodi bildirib ki, Ukrayna böhranı məsələsində Avropa İttifaqı özünü ABŞ-ın vassalı kimi aparır.

 

Bu barədə Azinformasiya.az “La Stampa” qəzetinə istinad xəbər verir.

Sabiq baş nazir hesab edir ki, Çin Rusiya ilə müttəfiqliyə can atır, amma Rusiyanın Ukrayna ilə bağlı siyasətini bölüşmür və silah tədarük etmir:

“Ukrayna məsələsində Avropa konstruktiv heç nə təklif edə bilmir, Avropa İttifaqı yoxdur. Biz heç nə demək istəmirik. Əmin olmayan, ancaq ABŞ-la güclü əlaqələri olan, lakin heç bir şeydən asılı olmayan vassal kimi davranırıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir