İyulun 18-də Kolumbiyanın Kundinamarka departamentində bir kənddə baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 26-ya çatıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Nikolas Qarsiya “Twitter”də bildirib.
“Çıxarılan meyitlərin ümumi sayı 26-ya çatıb. Sabah biz itkin düşən daha üç nəfəri tapmağa çalışmalıyıq”, – o, “Twitter”də yerləşdirdiyi videomüraciətdə açıqlayıb.
Qeyd edək ki, iyulun 18-də Kolumbiyanın mərkəzində yerləşən Naranxal kəndində gecə saatlarında sürüşmə olub. Yağan leysan qayaların sürüşməsinə səbəb olub, nəticədə yerli çaylar sahillərini aşıb.
Azinformasiya.az