İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif parlamentə təqdim edildikdən sonra proses parlamentin iş qrafikinə müvafiq olaraq formalaşacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan İsveç tərəfinin verdiyi təminatlara əməl edəcəyinə ümid etdiyini söyləyib.
“İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik. NATO-nun ikinci ən güclü ordusuna sahib olan və NATO-nun lokomotivi olan Türkiyənin Avropa Birliyinə üzvlüyü də Birliyə canlılıq və güc qatacaq”.
Türkiyə lideri terror təşkilatlarına qarşı mübarizə və terrorçuların ekstradisiyasında İsveçin konkret addımlar atmasının İsveçin xeyrinə olacağını da diqqətə çatdırıb.
Azinformasiya.az