Amerika Birləşmiş Ştatlarının strateji sualtı qayığının Cənubi Koreyanın Pusan limanına daxil olması KXDR-in nüvə silahından istifadə etməsi üçün kifayət qədər səbəb ola bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə KXDR-in müdafiə naziri Kan Sun Nam bildirib.
Kan Sun Nam, həmçinin qeyd edib ki, ölkənin nüvə doktrinasında nüvə hücumu törətmək və ya ona yaxınlaşmaq üçün lazımi prosedurlar göstərilib.
Nazirin sözlərinə əsasən, ABŞ “onların strateji silahının həddən artıq təhlükəli sulara daxil olduğunu” bilməlidir.
Azinformasiya.az