Zaxarova Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş şansını yüksək qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyi yaxın gələcəkdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsi perspektivlərini qiymətləndirib.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu cür görüşün keçirilməsi şanslarının çox yaxşı olduğunu bildirib.

O, ekspertlərin görüşün keçirilməsi üzərində çalışdıqlarını qeyd edib.

Zaxarova görüşün tarixi dəqiqləşdikdən sonra bunu mütləq şəkildə açıqlayacaqlarını diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir