Qaribaşvili: Gürcüstan hər zaman Ukrayna və Moldovadan irəlidə olub

Gürcüstan hər zaman Ukrayna və Moldovadan irəlidə olub və olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

“Biz nəinki geri qalmayacağıq, biz Ukrayna və Moldovadan dünən də irəlidə olmuşuq, bu gün də irəlidəyik və sabah da irəlidə olacağıq” – deyə o diqqətə çatdırıb.

Gürcüstan hökumət başçısı vurğulayıb ki, Gürcüstan bir sıra kriteriyalarda nəinki Ukrayna və Moldovadan, eləcə də Aİ üzvü olan 14 ölkədən və 10 NATO ölkəsindən irəlidədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir