Ukrayna keçən il Gürcüstanın Avropa İttifaqı (Aİ) namizədi statusu almamasında maraqlı olanlardan biri olub.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib. Baş nazir söyləyib ki, bu bir reallıqdır və bir çox Avropa liderləri ona bu faktı təsdiqləyiblər.
Qaribaşvili Gürcüstan səfirinin Ukraynadan göndərilməsinə də münasibət bildirib. Qeyd edib ki, səfir Kiyev bombalandığı zaman şəhəri tərk etməyən sonuncu diplomat olub, buna rəğmən belə bir diplomat məsləhətləşmələr adı ilə Tbilisiyə göndərilib.
Qaribaşvili vurğulayıb ki, Tbilisi heç kimdən minnət gözləmir, ancaq Ukraynanın bu addımı dostluq münasibətlərinin, diplomatik etiketin pozulmasıdır.
Azinformasiya.az