Ukrayna Rusiyanın İran istehsallı 37 PUA-sını məhv edib

Ukrayna müdafiəçiləri ötən sutka ərzində Rusiyanın 37 hava hədəfini məhv edib.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 “Shahed-136/131” zərbə PUA-sına hücum edib, onlardan 23-nü məhv edib.

Bu PUA-ların Rusiyanın Krasnodar diyarındakı Primorsk-Axtarsk və ilhaq etdiyi Krım yarımadasındakı Çauda poliqonlarından buraxıldığı bildirilib.

Məlumata görə, keçən gecə Rusiya Ukraynaya 16 “Kalibr”, 8 “X-22”, 6 “Oniks” qanadlı raketi və “Su-35” qırıcıdan isə idarə edilən bir “X-59” aviasiya raketi atıb. Ukrayna müdafiəçiləri 13 qanadlı raket, bir “X-59” viasiya raketi və 23 “Shahed-136” məhv edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir