İsrail Nazirlər kabineti Netanyahunun vəziyyətinin yaxşı olduğunu bildirib

İsrailin Baş naziri Binyamin Netanyahu bazar günü səhər Tel Hashomer xəstəxanasının Şeba Mərkəzində tibbi müayinədən keçməyə davam edib, test nəticələri normaldır və gün ərzində evə buraxılması gözlənilir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə bazar günü İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Bu səhər Baş nazir Benyamin Netanyahu Tel Haşomerdəki Şeba Tibb Mərkəzində tibbi müayinələrdən keçməyə davam edib. Test nəticələri normaldır, onun vəziyyəti çox yaxşıdır və gün ərzində evə buraxılmalıdır” , – bəyanatda bildirilib.

Qeyd edək ki, şənbə günü baş nazirin ofisi Netanyahunun Şeba Tibb Mərkəzinə gəldiyini, vəziyyətinin qənaətbəxş olduğunu və tibbi müayinədən keçdiyini bildirib. Baş nazir özü bir gün öncə günəşdə çox vaxt keçirdiyini və az su içdiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir