Aİ lideri: Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı mövqelər bir-birinə yaxınlaşır

Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı mövqelər bir-birinə yaxınlaşır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.

Şarl Mişel Aİ-nin bu istiqamətdə maliyyə töhfəsi verməyə hazır olduğunu bildirib.

“Detalları biz hələ də aydınlaşdırmağa çalışırıq, lakin bu mövzuda mövqelər bir-birinə yaxınlaşır və seçimlər fəal şəkildə öyrənilir. Tərəflər son iki ay ərzində regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı aparılan müzakirələrdə aydın tərəqqi əldə ediblər. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat tənzimləmələrinin üsullarını müzakirə etdik. Dəmir yolu əlaqələrinin inşası dərhal icra edilməlidir. Aİ maliyyə töhfəsi verməyə hazır olmalıdır”, – Aİ lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir