Brüsseldə üçtərəfli görüşdə bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edilib

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşündə bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edilib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

Şarl Mişel vurğulayıb ki, görüşdə hər iki ölkənin –Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr olmaqla ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir