Şəmkirdə 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəmkir rayonunu sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, rayonun Dəllər Cırdaxan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Oruc Mayıl oğlu kənd ərazisində küçənin elektrik dirəyinə toxunan zaman elektrik cərəyanı onu vurub.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir