Rusiya XİN: Qərbin Kiyevə hərbi yardımı münaqişənin siyasi və diplomatik həllini yaxınlaşdırmır

Moskva Qərbin Kiyevə hərbi yardımının siyasi və diplomatik nizamlanmanı yaxınlaşdıracağı ilə bağlı mövqeyini qəti şəkildə qəbul etmir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

ABŞ və onun satellitlərinin məqsədinin Rusiya Federasiyasını “strateji məğlubiyyət”ə uğratdığı, beynəlxalq arenada dominant təsirini qorumaq olduğu vurğulanıb.

“Paris Kiyevə uzaqmənzilli raketlərin tədarükü qərarı ilə məqsədyönlü şəkildə Ukrayna münaqişəsinin gərginləşməsi istiqamətində daha bir addım atıb”, – deyə bəyanatda öz əksini tapıb.

Həmçinin qeyd olunub ki, NATO Pekindən gələn təhlükədən danışmaq üçün Çinin mənfi imicini formalaşdırmağa cəhd edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir