Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van İ ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ali Nümayəndə Borrelin “Twitter” hesabında paylaşım edilib.
“Direktor Van İ ilə Aİ-Çin münasibətlərinin məsuliyyətlə idarə olunmasına dair konstruktiv və hərtərəfli müzakirəmiz oldu. Mən Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoymasında Çinin rolu və humanitar yardımla əlaqədar gözləntilərini ifadə etdim.
Tayvan boğazında sabitliyin və status-kvonun saxlanmasını da müzakirə etdik.
Tezliklə Pekində Strateji Dialoqun keçirilməsini və ümumi qlobal çağırışlar üzrə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik”, – Borrel diqqətə çatdırıb.
Qeyd edək ki, görüş Cakartada ASEAN ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.
Azinformasiya.az