Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüş əsnasında NATO-nun Vilnüs sammitində alınan qərarlar ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
Qeyd edək ki, görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində baş tutub.
Azinformasiya.az