“Əslində Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın Alyansa üzvlük məsələsi həll olundu”.
Azinformasiya.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində söyləyib.
Onun sözlərinə əsasən, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması anlaşılandır:
“Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.
Kuleba qeyd edib ki, Ukrayna sammitdə iştirakı ilə psixoloji baryeri aradan qaldırdı: “Bizim NATO-nun üzvü olacağımız açıqdır. Tərəfdaşlarımız da bu fikirdədirlər”.
Azinformasiya.az