ABŞ Prezidenti Co Bayden Ukraynada müharibənin qarşıdakı illərdə davam edəcəyi fikrində deyil.
Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, Bayden bu barədə Finlandiya Prezidenti Sauli Niinisto ilə mətbuat konfransında bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin artıq məğlub olduğunu söyləyib.
“Onun Ukraynadakı müharibədə qalib gəlmək ehtimalı yoxdur. O, artıq müharibəni uduzub”, – Bayden vurğulayıb.
Bayden müharibənin uzun illər davam etməyəcəyini, çünki Rusiyanın bunun üçün kifayət qədər resurslarının olmadığını diqqətə çatdırıb.
Bayden, həmçinin qeyd edib ki, Prezident Putin nəhayət bunun Rusiyanın iqtisadi, siyasi və digər maraqlarına uyğun olmadığına qərar verəcək.
Azinformasiya.az