Lloyd Ostin Ukraynaya kasetli sursatlar göndərmək qərarını dəstəkləyib

ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Ukraynaya kasetli sursatlar göndərmək qərarını dəstəkləyib.

 

Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, Ostin bunun Ukraynanın öz suverenliyini qoruması üçün lazım olduğunu bildirib:

“Hər şeydən öncə, mən düşünürəm ki, biz onların öz müstəqil əraziləri uğrunda döyüşdüklərini unutmamalıyıq. Onlar bu sursatları ruslar kimi gedib başqa bir ölkəni işğal etmək üçün istəmirlər, ruslar kasetli sursatlardan müharibənin lap başlanğıcından istifadə edir”, – Pentaqon rəhbəri söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir