Rusiya XİN: NATO “Soyuq müharibə” sxemlərinə qayıdıb

NATO-nun Vilnüs sammitinin nəticələri göstərdi ki, alyans qəti şəkildə “soyuq müharibə” sxemlərinə qayıdıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, iyulun 11-12-də Vilnüsdə keçirilən Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinin nəticələri göstərir ki, təşkilat “bir milyardımızı” bəşəriyyətin digər hissəsindən qorumaq naminə və dünyanı demokratik və avtokratiyalara bölmək ideologiyası əsasında nəhayət “Soyuq müharibə” sxemlərinə qayıdıb.

Rusiya XİN NATO-nun ardıcıl olaraq güc tətbiqi həddini aşağı salması, hərbi planlaşdırmada nüvə komponentini gücləndirməsi faktına da diqqət çəkib. Bildirilib ki, Birləşmiş Ştatlar və onun sattelitləri NATO-dan dünya işlərində hegemonluğun əsas aləti və formalaşmaqda olan çoxqütblü dünya nizamının digər mərkəzlərini cilovlamaq üçün istifadə etmək niyyətindədir. “Bu düşmən axtarış siyasətinin məqsədi Rusiyaya istiqamətlənib. Rusiyaya strateji məğlubiyyət vermək niyyətində olan ABŞ və müttəfiqləri Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır, orada zərbə silah sistemləri yerləşdirir və hücum hərəkətlərinin həyata keçirilməsini vurğulamaqla daim təlimlər keçirir.

Vilnüs sammitinin nəticələri diqqətlə təhlil ediləcək. Müəyyən edilmiş çağırışları və Rusiyanın təhlükəsizliyinə və maraqlarına təhdidləri nəzərə alaraq, biz əlimizdə olan bütün vasitə və üsullardan istifadə edərək zamanında və lazımi şəkildə cavab verəcəyik.

Biz ölkənin hərbi quruluşunu və müdafiə sistemini qüvvətləndirməyə davam edəcəyik”, – deyə Rusiya XİN-nin bəyanatında vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir