Stoltenberq Türkiyənin Aİ-yə üzv olmaq ambisiyasını dəstəklədiyini bildirib

NATO İsveçin mümkün qədər tez alyansa qoşulması üçün çalışır və bu həftə Vilnüsdə keçiriləcək sammitdə müsbət qərar veriləcəyinə inanır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə Litva Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzv olmasının təsdiqlənməsi üçün Avropa İttifaqının “Türkiyənin bloka qoşulması” istiqamətində yolunun açılması çağırışına da münasibət bildirib.

Stoltenberq Türkiyənin Aİ-yə üzv olmaq ambisiyasını dəstəklədiyini vurğulayıb.

Lakin Stoltenberq qeyd edib ki, Türkiyə İsveçə verilən şərtlərin ilkin siyahısına sadiq qalmalıdır. Stoltenberq Türkiyənin İsveçlə bağlı haqlı narahatlıqlarının olduğunu da etiraf edib, ancaq Stokholmun bu narahatlığı həll etmək istiqamətində çalışdığını xatırladıb.

NATO Baş katibi diqqətə çatdırıb ki, Türkiyə İsveçi alyansda görmək istəyən başqa müttəfiqlərin də qanuni narahatlıqlarını anlamalıdır, çünki belə bir addım NATO-nu qüvvətləndirəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir