Ərdoğan: NATO-ya üzvlük prosesinin irəliləməsi İsveçin vədlərini yerinə yetirməsinə bağlıdır

“Türkiyə olaraq NATO-nun “açıq qapı” siyasətini hər zaman dəstəkləmişik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO sammitində iştirak etmək üçün Vilnüsə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında söyləyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qeyd edib ki, keçən il Madriddə üçtərəfli saziş imzalanıb, bu da bu ölkələrin üzvlük prosesində yol xəritəsi rolunu oynayıb:

“Finlandiya NATO-ya üzv oldu. İsveçin üzvlük prosesi davam edir. Müvafiq qurumlarımız qarşı tərəflə şəffaf şəkildə və xoş niyyətlə işləyir. Vilnüsdə İsveç Baş naziri və NATO Baş katibi ilə üçtərəfli görüş də keçirəcəyik.

İsveçin NATO-ya üzvlük prosesinin irəliləyə bilməsi bu ölkənin verdiyi sözləri yerinə yetirməsinə bağlıdır. Terrorla mübarizənin vacibliyini dəfələrlə vurğulamışıq”.

Prezident Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə vətəndaşları terrorun qurbanı olarkən heç kim Türkiyədən anlayış göstərməyi gözləməməlidir: “Bizə verilən sözlərin yerinə yetirilməsini istəyirik, bu məsələdə qərarlıyıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir