Gürcüstan parlamentinin sədri: NATO Gürcüstana üzvlüklə bağlı verdiyi sözünü sammitdən sammitə təkrarlayır

Gürcüstanın NATO-ya üzvlüyü təkcə Tbilisidən asılı deyil.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib. Alyansın Gürcüstanla bağlı mövqeyində uzun müddətdir ki, dəyişiklik olmadığını deyən spiker keçmiş Prezident Eduard Şevarnadzenin NATO-nun “açıq qapı” siyasəti ilə bağlı yarızarafat xəbərdarlığını xatırladıb:

“Bizi qapının ağzında çox saxlamayın, küləkdən soyuqlaya bilərik”.

Şalva Papuaşvili vurğulayıb ki, 2008-ci ildə keçirilən Buxarest sammitindən sonra NATO-nun Gürcüstanın alyansa üzvlüyü ilə bağlı yanaşmasında çox az keyfiyyət dəyişikliyi olub və təşkilat sadəcə olaraq Gürcüstana üzvlüklə bağlı sözünü sammitdən sammitə təkrarlayır.

“2008-ci ildə alyans Buxarest sammitində Gürcüstanın NATO üzvü ola biləcəyini bəyan etdi, ancaq sözügedən vaxtdan NATO-nun Gürcüstanın üzvlüyü ilə bağlı yanaşmasında keyfiyyat anlamında çox az dəyişiklik olub. Keçən onillik ərzində Gürcüstan demokratik institutlarını əsaslı şəkildə dəyişdirib, avtoritar idarəçilik sistemini geridə qoyub və müdafiə imkanlarını NATO standartlarına uyğunlaşdırıb. NATO isə üzvlüklə bağlı sözünü sammitdən sammitə təkrarlayır”, – spiker diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir