Gürcüstan XİN rəhbəri NATO-nun Vilnüs sammitində iştirak edəcək

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun iyulun 11-12-də keçiriləcək Vilnüs sammitində iştirak edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında bildirilib.

İliya Darçiaşvilinin NATO-nun xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak edəcəyi və görüş çərçivəsində regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı qeyd olunub.

Sammitdə alyansın Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyinin təsdiq ediləcəyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir