“Çinə səfərim çox konstruktiv oldu. Məni səmimi qarşıladılar və bir sıra çox mənalı görüşlər keçirdim”.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen “CBS News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə əsasən, görüşlərdə qlobal iqtisadiyyat, ABŞ və Çin iqtisadiyyatlarında, həmçinin maliyyə bazarlarında baş verən hadisələrlə bağlı məzmunlu söhbətlər aparılıb:
“Səfərimin məqsədi Çindəki yeni iqtisadi komanda ilə görüşmək, davamlı əlaqə yaratmaq, fikir ayrılıqlarımız haqqında səmimi müzakirələr aparmaq, habelə ümumi qlobal çağırışları həll etmək və fikir ayrılıqlarını aradan qaldıra bilməmiz üçün əsaslı müzakirələr aparmaq idi”.
Azinformasiya.az