ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxs insanlara atəş açıb, nəticədə 9 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.
Hər biri xəstəxanaya yerləşdirilən yaralananların sağlamlıq durumu qənaətbəxş qiymətləndirilir.
İlkin məlumatlara əsasən, naməlum şəxs daha sonra hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az