Kəngərlidə rayonunda tikinti uçub, iki usta ciddi xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində baş verib.
Tikilinin uçması nəticəsində Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu və Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu dağıntının altında qalıblar.
Qəsəbə sakinlərinin köməkliyi ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az