Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza Binə qəsəbəsində, magistral şossedə baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir