Zelenski Türkiyədə Patriarx Varfolomey ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Patriarx Varfolomey ilə görüşüb.

 

Azinformasiya.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski patriarxa cəbhədəki vəziyyət və Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərə qarşı son cinayətləri barədə məlumatlandırıb.

Görüş əsnasında tərəflər Ukrayna sülh formulunu və ölkədən qanunsuz deportasiya edilmiş uşaqların geri qaytarılmasını müzakirə ediblər.

Patriarx Verfolomey Ukraynada sülhün əldə olunmasının vacibliyini vurğulayıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir