Borrel: Çinin yüksəlişinə qarşı olmamalıyıq, o artıq gücdür

“Biz Çinə dialoq təklif etməliyik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Dubrovnik Forumu çərçivəsində keçirilən panel müzakirəsində söyləyib.

“Çinlə münasibətlərdə geosiyasi çətinlik ola bilər, lakin Çin Rusiya deyil, bu iki ölkəni eyni səviyyəyə qoymayaq. Enerji sahəsində Rusiyadan asılılığımıza necə son qoymuşuqsa, Çinlə də eynisini etməli, asılılığı azaltmalıyıq. Ancaq eyni zamanda biz dünyanı iki ekosistemə bölməkdən və qarşıdurmadan çəkinməliyik. Diqqətli olmalıyıq. Bizim Çindən rəqəmsal sahədə o qədər asılılığımız yoxdur, hansı ki, enerji sahəsində Rusiyadan asılılığımız vardı. Bu qeyd olunmalıdır. Lakin hesab edirəm ki, biz Çinə əminlik hissi vermək üçün və həmçinin bu ölkədən müəyyən öhdəliklər almaq üçün Çinə dialoq təklif etməliyik. Məsələn, mən düşünürəm ki, biz güc kimi Çinin yüksəlişinə qarşı olmamalıyıq. Çünki o güc olacaq, o artıq gücdür. Əsas məsələ Çinin öz gücünü necə istifadə edəcəyidir. Bu da daha inkişaf etdirilmiş və mürəkkəb yanaşma tələb edir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir