Edqars Rikeviçs Latviya Prezidenti kimi fəaliyyətə başlayıb

Edqars Rikeviçs Latviyanın Prezidenti kimi fəaliyyətə başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu gün Prezident Rinkeviçs Latviya Parlamentində çıxış edib və prezidentlik dövrü üçün prioritetlərini açıqlayıb:

“Prezidentliyim müddətində müasir və güclü Latviyanın yaradılması, hüquqi və ədalətli Latviya, xalqın rifahı, inklüziv və hörmətli cəmiyyətin müdafiəsi üçün əlimdən gələni edəcəyəm. Hamımız birlikdə çalışaraq buna müvəffəq ola bilərik. Korrupsiya, cinayət və kartellərlə mübarizə milli prioritet olmalıdır. Həmçinin hər bir səs-küylü cinayət məhkəməsinin niyə uğursuzluqla nəticələndiyini və niyə hər bir hökmün cavabdan daha çox suallar meydana gətirdiyini anlamalıyıq. Ədalətli fəaliyyət göstərən və qərarlarını izah edən güclü və müstəqil məhkəmə sistemi, peşəkar və operativ hüquq-mühafizə orqanları ölkənin demokratik əsaslarının möhkəmlənməsi üçün vacibdir”, – o çıxışında vurğulayıb.

Latviyanın yeni Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə də danışıb və bildirib ki, Latviya Ukraynanın yanında olacaq.

“Rusiyanın Ukraynada müharibəsi və soyqırımı yeni, sərt reallıq yaradıb. Dünya, Avropa və regionumuz imperial Rusiyası və Lukaşenko rejimi tərəfindən təhdid altındadır. Ölkəmizin xarici siyasətində səhv etməyə vaxt yoxdur və olmayacaq. Biz bundan sonra da tez, qətiyyətli və müdrik hərəkət etməliyik. Latviyanın xarici siyasəti və təhlükəsizlik siyasəti dəyişməz olaraq qalacaq – Latviya güclü və effektiv NATO-nun, Avropa İttifaqının, hüquqlara əsaslanan beynəlxalq nizamın, dostlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlığın tərəfdarı olacaq. Biz Ukraynanın qələbəsinə kimi qəhrəman Ukrayna xalqını azadlıq mübarizəsində dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, Edqars Rikeviçs daha öncə Latviyanın xarici işlər naziri postunda çalışıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir