Bayram Beqay: Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcək. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır”, – deyə Albaniya Prezidenti əlavə edib.

Bayram Beqay vurğulayıb ki, münaqişə əvəzinə firavanlıq ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır, bu nə qədər tez baş versə, xalqlarımız ondan bəhrələnəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir