Niderland Nümayəndələr Palatası Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də yazıb.
“Niderlandın Nümayəndələr Palatası 1932-1933-cü illərdə baş verən Qolodomoru soyqırımı kimi tanıyıb. Bu, tarixi həqiqətin bərqərar olması yolunda önəmli addımdır. Keçmiş və indiki vəhşiliklərə görə cavabdehlik tələbi ilə bağlı qəti mövqe tutduğu üçün Niderlanda minnətdaram”, Kuleba vurğulayıb.
Azinformasiya.az