Hakan Fidan Stoltenberqlə görüşüb, “Quran”ın yandırılmasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

 

Azinformasiya.az TRT Haber-ə istinadən xəbər verir ki, görüşdə İsveçdə baş verən hadisələrlə əlaqədar müzakirə aparılıb.

Hakan Fidan İsveç qanunvericiliyində müəyyən dəyişikliklərin edildiyini bildirib: “Ancaq bu dəyişikliklər praktikada öz əksini tapmır”.

Türkiyə XİN rəhbəri İsveçin terrorla mübarizəyə müsbət töhfə verməli olduğunu vurğulayıb.

“Müqəddəs kitaba hücum heç vaxt gözardı edəcəyimiz bir şey deyil”, deyə Hakan Fidan diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir