Rusiya Azərbaycanın Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndirir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə vurğulayıb.
“Rusiya Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymələndirir. Bakı Hərəkata rəhbərlik səlahiyyəti müddətində yüksək səviyyədə peşəkarlıq, kreativlik və işqabiliyyətlilik nümayiş etdirir. Bunun təsdiqi COVİD-19-la mübarizədə aktiv tədbirlər görülməsi, 2021-ci ildə Bakının təşəbbüsü ilə Hərəkat adından BMT Baş Assambleyasının 76-cı ssiesiyasına koronovirus əleyhinə vaskinlərə bərabər çıxış olması haqqında qərar layihəsı daxil olub. Məlum təşəbbüsün inkişafı olaraq 2023-cü ilin martında Azərbaycan paytaxtında təmas qrupunun sammiti keçirilib. 76 -dən artıq nümayəndə heyəti bu saamitdə iştirak edib”, deyə Rusiya XİN sözçüsü diqqətə çatdırıb.
Zaxarova Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu barədə də danışıb. Zaxarova qeyd edib ki, Rusiya məhz Azərbaycan sədrliyi dövründə Hərəkatda müşahidəçi status alıb: “Bizim ölkəmiz öz qarşısına birliyin üzvlərinin müstəqil siyasi kurs yürütməsini, qanunsuz sanksiya siyasətinə qarşı fəaliyyətin dəstəklənməsini genişləndirməyi məqsəd qoyub. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Bakıda keçirilən tədbirdə məhz bu məqsədləri rəhbər tutur”.
Azinformasiya.az