“Vaqner” Özəl Hərbi Şirkətlə bağlı vəziyyətdən sonra Belarus və Rusiya arasında münasibətlər daha da möhkəmlənəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Nə üçün bizim münasibətlərimiz zəifləməlidir? Problemi birlikdə həll etdik. Rusiya üçün ən ciddi problemi həll etdik. Bəs onda niyə münasibətlərimiz pisləşməlidir?”, deyə Belarus dövlət başçısı Minsk-Moskva münasibətlərinin “Vaqner”ə görə pisləşə bilərmi sualına cavabında bildirib.
Lukaşenko, həmçinin qeyd edib ki, “Vaqner”in bu günə kimi yerdəyişməsi məsələsi həllini tapmayıb:” Biz düşərgələr tikmirik, biz onlara Sovet dövründə istifadə edilən bir neçə keçmiş hərbi düşərgə təklif etmişik, eləcə də Osipoviç yaxınlığında… Əgər onlar razı olsalar….Lakin “Vaqner” yerləşdirmə ilə bağlı fərqli bir görüşə malikdir, təbii ki, bu görüş haqqında sizə danışmayacağam”.
Azinformasiya.az