Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesində baş verib.
2001-ci il təvəllüdlü Əlibala Musayev etibarnaməsiz xalası oğluna məxsus “Hyundai Santa Fe” markalı avtomobillə yolu keçən 1970-ci il təvəllüdlü Cahid Əsgərovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az