Paşinyanla Putin arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçib.

Putinin Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etdiyi telefon danışığı əsnasında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.

Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir