“Qoşulmama Hərəkatı böhranların həll yolunun tapılması, müzakirələr üçün platforma təklif edir. Azərbaycanın QH-yə sədrliyini, bu təşkilatın qlobal səsinin daha da gücləndirilməsi üçün təşəbbüslərini dəstəkləyirik”.
Azinformasiya.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib.
O, çıxışında Azərbaycan hökumətini konfransa ev sahibliyi üçün təbrik edib.
“Biz bu gün burada dost kimi, müşahidəçi kimi iştirak edirik. Biz sülh, əməkdaşlıq, dayanıqlı inkişaf üçün sizinlə əməkdaşlığa hazırıq. Şiddət həll yolu deyil, biz böhranları siyasi yolla həll etməliyik, danışıqla biz həll yolu tapa bilərik, şiddət, zorakılıq həll yolu deyil və qəbuledilməzdir. Biz dünyanın hər yerində sülhə, sabitliyə töhfə vermək, bu ambisiyalara müvəffəq olmaq istəyirik. Biz NATO üzvüyük və Aİ-nin tam hüquqlu üzvü olmaq istəyirik, lakin biz o cümlədən qlobal tərəfdaşlarla, müxtəlif ölkələrlə işləməyə hazırıq. Problemli məsələlərdən, çağırışlardan danışmaq, həll yolu tapmaq istəyirik. Mənim ölkəm universal dəyərləri, yaxşı təşəbbüsləri dəstəkləmək üçün hər zaman masada olacaq. Növbəti sədrliyin Uqandaya keçməsi münasibətilə bu ölkəni təbrik edirəm”.
Azinformasiya.az