Bakıda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, Binəqədi rayon ərazisində 1982-ci il təvəllüdlü Zaur Fərəcov idarə etdiyi “Toyata Prius” markalı avtomobillə yolu keçən 1962-ci il təvəllüdlü İslah Qafarovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə rəğmən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az