Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 38 nəfər yaralanıb

Rusiyanın Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutması nəticəsində 38 nəfər yaralanıb.

 

Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə əsasən, hücum nəticəsində 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib. Xilasedicilərin ərazidə fəaliyyətlərini davam etdirdikləri qeyd olunub.

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak Rusiyanın əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atdığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir