Fransa Prezidenti Emmanuel Makron ölkəni bürümüş iğtişaşların pik həddinin yekunlaşdığını bildirib.
Azinformasiya.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Makron Yelisey Sarayında ölkənin 241 şəhərinin meri ilə görüşdə söyləyib.
“Mütləq prioritet olaraq həll etməli olduğumuz davamlı sabitlikdir. Gələcək günlər və həftələrdə ayıq-sayıq, diqqətli olacağam, lakin pik hədd artıq keçdi”, – Makron vurğulayıb.
Xatırladaq ki, iyunun 26-da Paris ətrafında 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra Fransada etiraz aksiyaları başlayıb və qısa zamanda zorakı xarakter alıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 27-dən 28-nə keçən gecədən bəri iğtişaşlarda ümumilikdə 3486 nəfər saxlanılıb, 12202 avtomobil yandırılıb, 1105 bina yandırılıb və ya zədələnib, milli polis, jandarm və ya bələdiyyə polisinin 209 binası hücuma məruz qalıb.
Azinformasiya.az