Lukaşenko Belarusun yaxın vaxtlarda ŞƏT-ə daxil olacağına əmindir

Belarusun yaxın vaxtlarda Şanxay Əməkdaşlıq Təşkilatına daxil olacağına əminəm.

 

Azinformasiya.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ŞƏT-ə üzv olan ölkələrin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında söyləyib.

O, Belarusiyanın ŞƏT-ə yaxın vaxtlarda üzv olacağına əmin olduğunu ifadə edərək bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.

Lukaşenko qeyd edib ki, ŞƏT Belarusa ən böyük qida və gübrə istehsalçılarından biri kimi arxalana bilər. “Belarus ŞƏT, Avrasiya İqtisadi İttifaql və BRİCS-ə inteqrasiyanın tərəfdarıdır”,deyə Lukaşenko diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir