Putin: Rusiyaya qarşı hibrid müharibə aparılır

Rusiyaya qarşı hibrid müharibə aparılır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatında keçirilən sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə əsasən, Rusiya xarici təzyiq və sanksiyalara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək.

Putin çıxışında keçən ayın sonunda Rusiyada baş vermiş silahlı qiyam cəhdinə də toxunub və qeyd edib ki, Rusiya xalqı hər zamankından daha çox birləşib: “Rusiyalılar vahid cəbhədə qiyam cəhdinə qarşı çıxdılar”.

Putin Rusiyanın ŞƏT-in Yeni Dehli Bəyannaməsinin layihəsini dəstəklədiyini də bildirib. Həmçinin qeyd edib ki, ŞƏT beynəlxalq hüquqa əsaslanan dünya nizamının formalaşmasına qətiyyətlə sadiqdir.

Rusiya və Çin arasında əlaqələr barədə danışan Rusiya lideri iki ölkə arasında ticarət əməliyyatlarının 80%-dən çoxunun rubl və yuanla həyata keçirildiyini qeyd edib.

Bundan başqa, Putin vurğulayıb ki, inkişaf etmiş ölkələrin borclarının nəzarətsiz yığılması yeni qlobal böhran risklərini artırır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir