Ərdoğan: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz

“İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O vurğulayıb ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan başqa, İsveç Türkiyə qarşısında üzərinə düşən bütün başqa öhdəlikləri də yerinə yetirməlidir.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir