İstanbul prosesi Rusiya-Ukrayna müharibəsinin yekunlaşması üçün əvəzolunmaz fürsət idi.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
O qeyd edib ki, bu fürsətdən istifadə olunsa idi, indi bir çox dağıntı və insan ölümləri olmazdı. Türkiyə dövlət başçısı, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyən güclər Türkiyəyə qarşı da kampaniya başladıblar.
Ərdoğanın sözlərinə əsasən, ölkəsi bundan sonra da bu müharibə ilə bağlı balanslaşdırılmış siyasətini qoruyaraq, iki tərəflə də dialoqu davam etdirəcək.
Azinformasiya.az