Zelenskinin NATO-nun Vilnüs sammitində iştirakı döyüş zonasındakı vəziyyətdən asılı olacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO-nun iyulun 11-12-də keçiriləcək Vilnüs sammitində iştirakı döyüş zonasındakı vəziyyətdən asılı olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov söyləyib.

“Biz adətən öncədən şərh vermirik, təhlükəsizlik səbəbi ilə bəyan etmirik. Ümumilikdə, hər şey döyüş meydanındakı vəziyyətdən asılı olacaq”, – Nikiforov Ukraynanın ictimai telekanalına açıqlamasında vurğuıayıb.

Nikiforov məsələ ilə bağlı son qərarın qəbul edilmədiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir