Priqojin yeni müraciət yayıb: Cəbhədə növbəti qələbələrimizi görəcəksiniz

“Vaqner” özəl hərb şirkətinin rəhbəri Yevgeni Priqojin yeni audio müraciət ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Yevgeni Priqojin bildirib ki, Moskvaya doğru edilmiş “ədalət yürüşü”nün məqsədi satqınlara qarşı mübarizə və cəmiyyətin səfərbər edilməsi olub.

Priqojin qeyd edib ki, bu məqsədlərin çoxuna müvəffəq olunub.

“Əminəm ki, yaxın gələcəkdə siz bizim növbəti qələbələrimizi cəbhədə görəcəksiniz”, – Priqojin vurğulayıb.

Lakin Priqojin söhbətin hansı cəbhədən getdiyini qeyd etməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir